Author: Kiber Təhlükəsizlik Platforması

Platformamız KOBİA-nın Startup Rezidenti Oldu

Bildiyiniz kimi kibertəhlükəsizlik fəaliyyətləri ölkəmizdə və dünyada gün keçdikcə artmaqda və İnkişaf etməkdədir. İstər müharibə dövründən əvvəl istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanın kibertəhlükəsizlik indeksləri qlobal ölçüdə yüksəlməsi bunun əyani sübutudur. Bu istiqamətdə dövlətin yenilikçi müxtəlif siyasəti və qanunvericilik yeniləmələri ölkəmizdə sahənin gələcəyinin yüksək olacağına  töhvələr verməkdədir. İnkişaf yoluna ən önəmlisi xaricdən asılılığı azaldılması yerli və milli  məhsulların inkişafı vacib amildir. Bu gün bu məsələ dövlətimizin kibertəhlükəsizlik sahəsində apardığı inkişafda ən prioritet məsələlərdən biridir. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi dair 2023-2027-ci illər üçün strategiyasında da qeyd olunduğu kimi milli həllərin inkişaf etdirilməsi xüsusi qeyd edilmişdir. Kiber Təhlükəsizlik Platforması milli həllərin inkişafı və Startup ideallarının reallaşdırılması istiqamətində Araşdırma və İnkişaf Mərkəzini təsis etmiş və burada bir çox startup fəaliyyətləri aparılmaqdadır. Kiber Təhlükəsizlik Platforması Bakı Kob Evində startup üçün yaradılmış imkanlardan və milli həllərin hazırlanması istiqamətində bir çox imkanlardan yararlanacaqdır.

Kiber Təhlükəsizlik Platformasının araşdırma mərkəzi KOBİA-Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Bakı KOB evində sturtap inkişaf mərkəzi nəznində fəaliyyət göstərəcək. Mərkəzdə KTLab Startup layihəsi başda olmaqla 2 startupın inkişafı həyata keçirəcək.  KOBİA  startaplara verdiyi  rezident dəstəyi və istər xarici istər sə də yerli bazarda startup ideallarının  dəstəklənməsi,müxtəlif qrant müsabiqələrinin və həmçinin də xarici bazara idxalının artırılması istiqamətində bir çox fəaliyyətlər aparmaqdadır.

KOBİA-nın bu strategiyasına uyğun olaraqda gündəmdə olan ən önəmli sahələrdən biri kibertəhlükəsizliyə biganə qalmamağı bu gün ölkəmizdə bir daha bizlərə yüksək gələcəyi göstərməkdədir.

29 fevral 2024 cü il tarixində KOBİA tərəfindən “Startap layihələrinin maliyyələşdirilməsinə dəstək: startap-investor əməkdaşlığı” mövzusunda tədbir təşkil olunacaqdır. Kiber Təhlükəsizlik Platformasına aid olan startapların və Araşdırma və İnkişaf Mərkəzində gənclər tərəfindən inkişaf etdirilmiş ideyaların həmin tədbirdə təqdim olunması, yerli və beynəlxalq investorlarla görüşlərdə həmin layihələr gerçəkləşdiriləcəkdir.

Tələbələrimiz Cyberpoint kibertəhlükəsizlik şirkətində oldular!

Kiber Təhlükəsizlik Platformasının bir qrup tələbə heyəti 01.01.2024 və 09.02.2024 tarixlərində Cyberpoint şirkətinin təşkilatçılığı ilə şirkətin əsas mərkəzində oldular. Orada yaradılmış imkanlarla yaxından tanış olan tələbə heyəti, mütəxəssislərlərə birgə müxtəlif sahə üzrə müxtəlif təcrübə və fikir mübadiləsi apardılar.

2 gün müddətində təşkil edilən ekskursiyada tələbələr gələcəyin kibertəhlükəsizlik mütəxəssisi olma istiqamətində çox önəmli məlumatlar əldə etmişdirlər. Kiber Təhlükəsizlik Platformasının bundan sonrada şəxsi inkişaf istiqamətində fəaliyyətləri davam edəcəkdir. Cyberpoint şirkəti sahə üzrə akademik sferada güclü fəaliyyət  mexanizminə sahib, Akademiya və təhsil müəssisələrini bu cür vacib səfər və ya layihələrlə dəstəkləməkdirlər.

Kiber Təhlükəsizlik Platforması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və ya digər tədris müəssisələrinin tələbələrini bu cür ekskursiyalar təşkil etmişdir. Qeyd etmək istəyirik ki, Cyberpoint Azərbaycanda kibertəhlükəsizlik sahəsində qabaqcıl özəl, dövlət qurumları və kritik infrastrukturlara xidmətlər verməkdədir.

Platformamızın Akademiya tələbələri Trendyolda təcrübə keçiblər

Trendyol Group və Kiber Təhlükəsizlik Platformasının birgə təşkilatçılığı ilə reallaşdırılan peşəkar təlim və təcrübə proqramı keçirilib. 

Trendyol informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşlarının iştirakı ilə ilk gün təlim proqramında, baş verə biləcək hücum planı və yarana biləcək təhdidlərə qarşı dayanıqlılığını təmin olunması istiqamətində bir çox geniş mövzuya toxundular.

Trendyolda təcrübə keçən tələbələr Kiber Təhlükəsizlik Platformasının tələbələdirlər. Kiber Təhlükəsizlik Platforması Azərbaycanda kibertəhlükəsizlik təlimləri keçir. Platformanın tələbələri dünyanın ən nüfuzlu şirkətlərində kibertəhlükəsizlik boşluqları aşkar ediblər. Kiber Təhlükəsizlik Platformasının məzunları ölkənin qabaqcıl şirkətlərində çalışırlar.

Akademiya Tələbələrimiz Trandyolda təcrübə keçəcək

Kiber Təhlükəsizlik Platforması Türkiyənin qabaqcıl online alış-veriş platforması olan Trendyol ilə akademik əməkdaşlığa başlayır. Bu əməkdaşlığın ilk fəaliyyəti olaraq Kiber Təhlükəsizlik Platformasının nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Akademiyasının tələbələrinin təcrübə proqramına start verilir. Trendyolun İstanbul şəhərində yerləşən əsas mərkəzində, İnformasiya Təhlükəsizliyi departamentində 24-26 dekabr tarixləri arasında kibertəhlükəsizlik üzrə peşəkar təlim və təcrübə proqramı baş tutacaq. Seçilmiş ən uğurlu tələbələrin iştirak edəcəyi bu layihədə proqramı onların biliklərini genişləndirmək üçün əvəzsiz bir fürsətdir. 

“Whatsapp” bütün dünyada çökdü

Kiber Təhlükəsizlik Platforması Tech.az-a istinadən bildirir ki, “Whatsapp” messenger proqramınının fəaliyyətində problem yaranıb. Aldığımız son məlumatlara görə, istifadəçilərdə Whatsapp işləmir. Serverdə yaranmış problemə görə mesajlar getmir

Bu barədə istifadəçilər sosial şəbəkələrdə yarım saatdan çoxdur ki, xidmətdə problem yarandığını və messencer vasitəsilə mesajlar göndərə bilmədiklərini bildirirlər.

Problemin qlobal miqyas daşıdığı və dünyanın bir sıra ölkələrində müşahidə olunduğu bildirilir. Problemin dəqiq səbəbləri bilinməsə də, qısa müddət ərzində həll olunması gözlənilir. Məsələ ilə bağlı Whatsapp hələlik rəsmi açıqlama verməyib. 

HackBaku-nun “Bug Bounty” üzrə qalibi tələbəmiz Elşən Paşayev oldu.

Dəyərli izləyicilərimiz bildiyiniz kimi təşkilatçı olduğumuz “HackBaku” Milli Kibertəhlükəsizlik Yarış Proqramı uğurla sona çatmışdır. Bu yarışa ölkəmizin müxtəlif bölgələrindən tələbələr qatılmış və xüsusən universitet tələbələrinin mübarizəsi getmişdir. 2-ci kateqoriya “BUG BOUNTY” üzrə yarışan 3 nəfər arasından Kiber Təhlükəsizlik Platformasının məzunu Elşən Paşayev olmuşdur. O yarışın 2 dövrəsində bu yarışa özəl anlaşmalı web test bazası verilən “Keepface” platformasında tapdığı boşluqla yarışı öncə tamamlayaraq birinci yerə sahib olmuşdur. Tələbəmiz olmuş Elşən Paşayevə Kiber Təhlükəsizlik Platforması adından uğurlar arzu edirik.

HackBaku 2022 – Kiber Təhlükəsizlik Platforması

Kiber Təhlükəsizlik Platformasının təşkilatçılığı ilə HackBaku milli Kibertəhlükəsizlik yarışması baş tutdu. Yarışma proqramı 3 əsas istiqamətdə “CTF”, “Fikir yarışması” və “Bug Hunter” yarışması olaraq həyata keçirilib. Sonda qalib olan iştirakçılara dəyərli hədiyyələrin təqdim edilib. #kibertəhlükəsizlik #hackbaku #kiberplatforma #hacker #sibergüvenlik #kiber

HackBaku 2022 uğurla yekunlaşdı

Kiber Təhlükəsizlik Platforması və Baku Youth CenterKarmasis AzerbaycanYER Hosting və Gais Cyber Security Kibertəhlükəsizlik Şirkətinin əsas sponsorluğu ilə reallaşdırılan HackBaku Milli Kibertəhlükəsizlik Yarış Proqramı ölkəmizdə ilk genişmiqyaslı yarış olaraq ilkə imza atdı. Ölkəmizin ən güclü gənc hackerləri öz bacarıqlarını üç yarış proqramında sınadılar. Bu yarış proqramları “CTF” “BugBounty” və “Fikir Yarışması” oldu. Ümumilikdə 20 finalçının iştirak etdiyi yarışda “CTF” üzrə 1-ci yer Beyrak, 2-ci yeri Emil Farzaliyev, 3-cü yeri isə Elvin Amanov qazandı. Digər yarış “Bug Bounty” qalibi isə gənc yetənək Elshan Pashayev oldu. Digər yerləri Azar Malikov və Asim Verdiyev bölüşdülər.

Xatırlatmaq istəyirik ki, “CTF” yarış proqramının professional infrastrukturu, Gais Cyber Security kibertəhlükəsizli şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri və bu mütəxəsisslərə rəhbərlik edən Türkiyənin sayılıb seçilən kibertəhlükəsizlik mühəndisi Numan Turle tərəfindən qurulmuşdur. “Bug Bounty” yarış proqramının təşkilində əsas pay sahibi tərəfdaşımız Albanian Cyber Association və FINDBUG.IO Bug Bounty firmasına və şəbəkə infrastrukturunun təşkilində bizlərə dəstək olan RABALON AZERBAIJAN şirkətinə təşəkkür edirik.

Platformamızın təşkil etdiyi “HackBaku”da əməyi keçən könüllülərimizə, təşkilati və texniki komanda heyətinə və xüsusən bu yarış proqramında iştirak edən spiker qonaqlarımız Shahin AliyevAtıl SamancıoğluOsman DoğanTanzer AbaziAyaz KarimovZafar MammadovBerna BaysalRaqif QasimovRamin Iskandarova dərin minatdarlığımızı bildirir, video üçün media dəstəkçimiz Tech.az təşəkkür edirik.

Biz Kiber Təhlükəsizlik Platforması olaraq öz gənclərimizlər birgə bundan sonrada layihələr və xüsusi proqramlarla ölkəmizdə bu sahənin inkişafına əlimizdən gələn dəstəyi verəcəyik.

Ölkənin genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramında iştirakçı qeydiyyat mərhələsi uğurla yekunlaşdı.

Kiber Təhlükəsizlik Platformasının təşkilatçılığı ilə keçirilən “HackBaku” milli kibertəhlükəsizlik yarış proqramının iştirakçı qeydiyyat mərhələsi uğurla yekunlaşmışdır . Ümumi 215 qeydiyyatçı içindən 147 şəxs iştirakçı seçim mərhələsinə qatılmağa haqq qazanmışdır. Bu mərhələdə müsahibəni uğurla başa vuran könüllülər yarış hazırlıq prosesinə, yarışçılar isə 15 oktyabrda keçiriləcək ilk yarış seçim turuna iştirak haqqı qazanacaqdır. Nəzərinizə çatdırırıq ki, ilk yarış turu 15 oktyabr tarixində saat 21:00-da yarışın sponsoru “Gais” Türkiyə Kibertəhlükəsizlik Şirkətinin dəstəyi ilə birgə qurulan xüsusi CTF platforma üzərindən online şəkildə keçiriləcəkdir.

HackBaku 2022-yə start verilir.

Hörmətli izləyicilərimiz 21-22 oktyabr ilki paytaxdımızda keçiriləcək genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramı “HackBaku” 2022-nin ilk iştirakçı qeydiyyat mərhələsinə start veririk. Diqqətinizə çatdırmaq istəyirik ki, qeydiyyat mərhələsi sabah saat 09:00-yarışın keçiriləcəyi məkan Bakı Gənclər Mərkəzində olacaq.

Kiber Təhlükəsizlik Platforması tərəfindən təşkil olunacaq bu yarış proqramı 3 mərhələ olmaqla, 1 seçim tur mərhələsi və 2 əsas mərhələdən ibarət olacaqdır. Komandalar bu mərhələlərdə yarışmaya başlayaraq sonda finala qədər mübarizə aparırlar. Onlayn seçim turunu uğurla tamamlamış 6 komanda yarımfinal mərhələsinə keçəcək. Mərhələni keçən 6 komandadan 3 ən yaxşı komanda isə əsas mərhələ – HackBaku 2022 final mərhələsinə vəsiqə qazanacaq.

Bu yarışma proqramı 3 əsas istiqamətdə CTF,  Fikir yarışması və Bug Hunter yarışması olaraq həyata keçiriləcək. Qeyd edək ki,  “HackBaku” ilk olaraq Bakıda keçiriləcək. Yarışın sonrakı illərdə regionlarımızda da təşkil olunması nəzərdə tutulub. Hal hazırda ilk yarış ümumi 10 komanda (4 komanda regionlarımızdan seçilib yarış üçün dəvət ediləcək) olmaqla, 60 yarış iştirakçısı ilə Oktyabr ayının 15 saat 21.00-da onlayn, Yarımfinal və Böyük Final mərhələsi Oktyabr ayının 21, 22-si Gənclər və İdman Nazirliyinin Bakı Gənclər Mərkəzində keçiriləcək.